"Yaxın vaxtlarda DSK-ların sərhədləri müəyyənləşdiriləcək" - MSK sədrinin müavini

 16:51 04.08.2022     192

“Seçkilərin ən həssas tələblərindən biri dairə seçki komissiyalarının sərhədlərinin müəyyən olunmasıdır”.

Redaktor.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, dairələrin sərhədləri müəyyənləşdiriləndə seçicilərin rahatlığı nəzərə alınır: “Bütün detallar nəzərə alınaraq bu işlər həyata keçirilir. Ümid edirik ki, yaxın vaxtlarda bu iş yekunlaşacaq”.