Xırdalanda parlayışda xəsarət alanlar yaxın günlərdə evə buraxılacaq

"Xırdalanda parlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2-i mənzil daxilində, 2-i isə ətrafdakı dağıntılar nəticəsində xəsarət alıb".
Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri İlkin Behbudov deyib.
Onun sözlərinə görə, xəsarət alanlardan bir nəfər hazırda xəstəxanada müalicəsi davam etdirilir.
Hazırda vəziyyətləri stabildir, yaxın günlərdə evə buraxılacaqlar.
Nərmin Vüqarqızı