Xırdalandakı partlayışın səbəbi ilə bağlı yeni AÇIQLAMA

 13:13 05.08.2022     212

"Baxış zamanı müəyyən olundu ki, mənzildə iki qaz cihazı olub. Lakin cihaz yerində olmayıb, amma ona gələn qaz xətti açıq olub. Ehtimal olunur ki, təmir edən ustalar mənzildən çıxarkən qazı söndürməyib".

Redaktor.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov bu gün media və QHT nümayəndələri üçün keçirilən "Açıq qapı" aksiyasında deyib.

Şöbə rəisinin sözlərinə görə, qayda olaraq mənzildə təmir işləri gedərkən aidiyyəti qurumlara məlumat verilməlidir: "Bu tip zərərin olmaması üçün vətəndaşlar təmirdən əvvəl ərazi üzrə qaz idarəsinə müraciət etməlidir. Bu, "Azəriqaz"ın tələbi yox, Nazirlər Kabinetinin qanunudur".