Sabirabadda “Açıq mikrofon” aksiyası keçirildi

 17:32 05.08.2022     423

"Azəriqaz" İstehsalat Birliyinin Sabirabad şəhərində qurulan “Səyyar qəbul otağında” rayon sakinləri öz müraciətlərini ünvanlayıblar.

Birlikdən Redaktor.az-a verilən məlumata görə, sakinlər aksiya çərçivəsində onlarla görüşə gələn Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları ilə görüşdə təbii qazla bağlı yaranmış problemlərindən söz açıb və onların müraciətlərinin tez bir zamanda həll olunacağına ümid etdiklərini bildiriblər. 

Qurumun məsul şəxsləri isə hər bir müraciətə həssaslıqla yanaşıb və bütün müraciətlər qeydiyyata alınıb. Qeydiyyata alınan müraciətlərin bir hissəsi həll tapsa da, bəziləri araşdırıplma tələb etdiyi üçün müvafiq şöbələrə yönləndirilib.

2222