Milli Qəhrəmanın oğlu xəstəxanaya YERLƏŞDİRİLDİ

 21:25 05.08.2022     3476

"Ceyhun Əsgərovla bağlı zəng edib, maraqlanan dostlar, narahat olmayın, hər şey yaxşıdır. Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir (KTM) və hal-hazırda da onun yanındayam".

Redaktor.az xəbər verir ki, bu barədə KTM mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib

Onun sözlərinə görə, KTM rəhbərliyinə də bu barədə məlumat verilib və onun vəziyyəti tam nəzarətdədir.

"Onun sağalması üçün əlimizdən gələni edəcəyik! İnşallah, tezliklə sağalar!" - deyə .E.Hidayətoğlu əlavə edib. 

Qeyd edək ki, Ceyhun Əsgərov mərhum jurnalist Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.

Vumart və Güvən reklamı Vumart Güvən