Azərbaycanlı dindarlardan "nökərlər"ə CAVAB

 09:15 06.08.2022     506

Məşədi Dadaş Məscidində inanclı insanlar Məhərrəm ayı münasibətilə keçirilən ibadətə Azərbaycan bayrağı ilə qatılıblar.

Redaktor.az xəbər verir ki, dindarlar bu addımı Azərbaycanın Londondakı səfirliyinin binasındakı təxribata cavab olaraq atıblar. Mərasimdə şəhid ailələri də iştirak edib. 

Sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanan bu addıma görə, istifadəçilər məscidin imam-camaatı Hacı Şahin Həsənliyə təşəkkür ediblər.

Xatırladaq ki, dünən radikallar səfirliyin binasına qalxaraq Azərbaycan bayrağını endiriblər. Bayrağımız daha sonra yerinə bərpa olunub.