Minaya düşərək şəhid olan hərbçimiz nişanlı imiş - FOTO

 09:46 06.08.2022     684

Avqustun 5-də Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu Naxçıvan Muxtar Respublikasının (MR) sakini olub.

Redaktor.az xəbər verir ki, leytenant Babək Əliyev 1997-ci ildə Naxçıvan MR-in Ləkətağ kəndində anadan olub.

B.Əliyev Ali Hərbi Məktəbi bitirdikdən sonra 2020-ci ildən tağım komandiri kimi xidmətini davam etdirib. O, üç bacının bir qardaşı olub.

B.Əliyev nişanlı olub.

Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub (oxu.az).