Ordumuz yeni yüksəklikləri nəzarət altına aldı - VİDEO- YENİLƏNİB

Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Azərbaycan Ordusunun nəzarətinə keçən Buzdux dağında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.
Hərbçilərimiz bayrağımızı zirvəyə sancarkən, "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər.
Redaktor.az "modern.az"a istinadən həmin anın görüntülərini təqdim edir:
***
"Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib".
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.