Tanınmış alim vəfat etdi - FOTO

 22:03 06.08.2022     6849

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki baş verib.

Redaktor.az xəbər verir ki, ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor Zahid Ziyatxan oğlu Şərifov vəfat edib.

Zahid Şərifov 8 yanvar 1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.

O, Azərbaycan Dövlət Dəniz Akademiyasında müxtəlif vəzifələrdə çalışıb. Ölkəmizdə dənizçi kadrların hazırlanmasında müstəsna xidmətlər göstərib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Mərhumla vida mərsimi sabah yaşadığı ünvanında olacaq.

Allah rəhmət eləsin!

2