İctimai Televiziyadan böyük səhv - ÜZR İSTƏDİ

 02:46 07.08.2022     482

“Sosial şəbəkələrdə yayılan İranın dini liderinin iqamətgahının sütunlarının Azərbaycana dəstək olaraq bayrağımızın rənglərində bəzənməsi barədə məlumatlar həqiqəti əks etdirmir”.

Redaktor.az xəbər verir ki, bu barədə İctimai Televiziya sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu gün sosial şəbəkələrdə və teleqram kanallarda İranın dini lideri Xameneinin iqamətgahında sütunların Azərbaycan bayrağının rəngində bəzənməsini əks etdirən fotolar yayılıb. Bu Londonda səfirliyə hücumdan sonra İranın Azərbaycana dəstəyi kimi qiymətləndirilib. Lakin sonradan məlum olub ki, iqamətgahın sütunları artıq bir müddətdir ki, bu rənglərlə bəzədilib və bu Azərbaycana dəstək təzahürü deyil.

Təəsüf ki, bu məlumat bizim də sosial şəbəkə hesablarımızda yer alıb. Bu yanlışlığa görə üzr istəyirik”, – deyə məlumatda qeyd olunub.