Sığorta ödənişi şəhidin atasına niyə ödənilməyib? - AÇIQLAMA

 15:13 08.08.2022     699

Təlim uçuşları yerinə yetirərkən qəza nəticəsində şəhid olan tibb xidməti kapitanı Ceyhun Əhmədxanova verilməli olan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında qanunla nəzərdə tutulan birdəfəlik təzminat hələ də ödənilməyib.

Bu barədə Redaktor.az-a şəhidin atası Xanlar Əhmədxanov məlumat verdi.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) müraciət etdik. Qurumun sözçüsü Rəşad Mehdili bildirdi ki, bununla bağlı şəhidin vərəsəsi DSMF-yə müraciət etməlidir.

“Ceyhun Əhmədxanovun vərəsəsi olan atası Xanlar Əhmədxanovdan sənədləri Dövlət Sosial Müdafiə Fonduna təqdim etməsi tövsiyə olunur. Müraciət etdikdən 10-15 iş günü ərzində birdəfəlik sığorta ödənişi müraciət edən şəxsin hesabına köçürüləcək”,- qurum rəsmisi əlavə etdi.

Qeyd edək ki, Ceyhun Əhmədxanov 30 noyabr 2021-ci ildə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olub.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən