Bakı aeroportunda elektrik təchizatı tam bərpa edildi

 09:24 11.08.2022     665

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.

Bu barədə Redaktor.az-a hava limanından bildirilib.

Məlumata görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən