Yeni icra başçısı kimdir? - DOSYE

 12:30 11.08.2022     1631

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Gədəbəy rayonuna yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin rəhbəri postuna təyinat alıb.

Redaktor.az xəbər verir ki, O.Mürsəlov yeni təyinatadək Prezident Administrasiyasında çalışıb.

Yerli KİV-də yer alan məlumata görə, o, PA-nın Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun baş məsləhətçisi olub. 

Qeyd edək ki, Gədəbəyin icra başçısı postu 2021-ci il oktyabrın 5-dən boş qalmışdı (modern.az). 

22
Vumart və Güvən reklamı Vumart Güvən