Xırdalanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq - XƏBƏRDARLIQ
“Xırdalan” QPS-də “8 Xırdalan (QRS)”-dən ayrılan “Xırdalan Mex.kolon” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində sızmanın ləğvi və hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 03.08.2022-ci il tarixdə saat 10:00-dan qeyd olunan kəmərdə qaz təchizatı dayandırılacaq.
Bu barədə Redaktor.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
"Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin bir hissəsində, Sulutəpə və Çiçək qəsəbələrində və Mexkalon ərazisində qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - deyə qurumdan bildirilib.












