Bakıda satıldığı iddia edilən körpə barədə RƏSMİ AÇIQLAMA -FOTO

 19:09 12.08.2022     299

Bakıda 6 aylıq uşağın həyatı təhlükədə olması ilə bağlı məsələ araşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

O bildirib ki, daxili işlər nazirliyinə daxil olan məlumatlar yoxlanılır:

"Körpənin həyatı və təhlükəsizliyi ilə bağlı bütün təfərrüatlar  araşdırılır. İddialar nəzarətə götürülüb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sığınacağa nənəsi tərəfindən 6 aylıq körpənin gətirildiyi ilə bağlı sosial şəbəkədə paylaşım edib. Belə ki, nənə körpənin satıldığını və həyatının təhlükədə olduğu iddia edirdi.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən