Xalq artisti Prezidentin onun mahnısını dinləməsindən YAZDI -VİDEO

 11:57 13.08.2022     759

Xalq artisti Brilliant Dadaşova Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfər edərkən onun mahnısını dinlədiyi video ilə bağlı paylaşım edib.

Redaktor.az-ın məlumatına görə, sənətçi bu barədə instaqram səhifəsində yazıb.

Müğənni sözügedən görüntüləri paylaşaraq bu sözləri deyib edib: “Ali Baş Komandanımız və Birinci vitse-prezidentimizin yorucu və çətin işlərində doğma musiqimizin onlara ruh yüksəkliyi verməsi bizim üçün böyük şərəfdir”.

Xatırladaq ki, ötən gün Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfərdən video paylaşmışdı. Həmin videoda dövlət başçısı və xanımı Xalq artisti Brilliant Dadaşovanın “Könlüm” musiqisini dinləyirdilər. 

Mahnının sözləri Xalq şairi Fikrət Qocaya, musiqi isə Firəngiz Babayevaya məxsusdur.