Bakıda çimərlikdə iyrənc mənzərə - VİDEO

 12:59 13.08.2022     3005

Buzovna çimərliyində iyrənc, eyni zamanda təhlükəli vəziyyət yaranıb. Belə ki, ləpədöyəndə uzun bir zolaq neft tullantıları ilə çirklənib.

Redaktor.az xəbər verir ki, məsələ ilə əlaqədar sakinlər şikayət ediblər.

Videodan da göründüyü kimi, Buzovna çimərliyinin “Buz Bar” adlandırılan ərazisindəki çirklilik nəzərəçarpacaq dərəcədədir. Bəzi sakinlər isə iyrənc mənzərəyə baxmayaraq, dənizə girməkdən çəkinmirlər (oxu.az).