Millət vəkili onu təhqir edən müəllimlərin fotolarını paylaşdı

 14:09 14.08.2022     10693

"Sizə ürəyim acıdı, Azərbaycanın savadlı, ağıllı, dürüst müəllimləri! Bu savadsızlarla bir məktəbdə necə çiyin-çiyinə işləyirsiniz? Jurnalist qəsdən yanlış başlıq qoyub ki, yazısı oxunsun, bunlar da haqqlarını müdafiə etdiyim mətni oxumadan və hətta oxusalar da anıamadan əleyhimə rəy yazıblar. Hamısının siyahısını çıxardım. Təhqir edənləri hüquqi yolla, savadsızları da ictimai qınaqla ağıllandıracağam ki, bir də çəmiyyət içinə çıxıb özlərini bibabır etməsinlər".

Redaktor.az xəbər verir ki, bu sözləri sosial şəbəkədəki hesabında Milli Məclisin deputatı Fazil Mustafa yazıb.

Millət vəkili qeyd edib ki, həmişə müəllimlərə tətbiq olunan sertifikatlaşma prosesinin əleyhinə çıxış edib və müəllimlərin haqqını qorumağa çalışıb.

"Bu savadsız müəllimlər mənə isbat etdilər ki, onların biliklərinin və təlim-tərbiyəsinin yoxlanması nəinki lazımdır, hətta zəruridir. Ona görə də artıq Elm və Təhsil nazirliyinə sertifikatlaşma prosesinə görə haqq qazandırıram. Nəinki biliyi, eyni zamanda təlim-tərbiyənin də sertifikatlaşmasını keçirmək zəruridir",- deyən  F.Mustafa onu təhqir edən müəllimlərin şəkillərini paylaşıb.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa "AzEdu.az"a açıqlamasında  müəllimlərin sertifikasiyasına etiraz bildirib. Lakin bunun əksinə olaraq sosial şəbəkədə müəllimlərin bəziləri onun əleyhinə şərh yazıb. Onların arasında deputatı təhqir edənlər də var.

İLTİFAT

222222222222