Bu rayonda su KƏSİLƏCƏK

 09:24 14.08.2022     363

Bakının Nizami rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Redaktor.az-a "Azərsu" ASC-dən bildirilib.

Magistral su kəməri üzərindəki siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar 14 avqust 2022-cil tarixində gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.