Salyan rayon Gənclər və İdman İdarəsi gənclər üçün düşərgə təşkil etdi - FOTO
Avqustun 15-də Salyan rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Salyan rayon Olimpiya İdman Kompleksində açıq havada gənclərin yay istirahət düşərgəsi təşkil olunub.
İdarədən Redaktor.az-a verilən məlumatda bildirilir ki, asudə vaxtlarının səmərəli keçirilməsi, onların hərtərəfli inkişafını təmin etmək məqsədilə təşkil edilən yay istirahət düşərgəsində yeniyetmə və gənclər Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Natiq Həsənzadənin müşayiəti ilə çadır qurub, müxtəlif əyləncəli oyunlar icra ediblər.
Sonra gənclərin ifasında musiqi dinlənildi və rəqslər nümayiş etdirildi.
Daha sonra gənclər tərəfindən “İqlim dəyişikliyi və Salyan”, “Robortlaşma və süni zəka”, “Təhsildə gender mövzusunun əhəmiyyəti”, “Şiddətsiz ünsiyyət” və “İnklüziv cəmiyyət” mövzuları komanda halında araşdırıb təqdim olundu.
Təqdimatın sonunda bu mövzular ətrafında fikir mübadiləsi aparıldı.



























