Səfər Mehdiyevin daha bir yaxını İŞDƏN ÇIXARILDI

 10:55 16.08.2022     514

Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsindən azad edilib. 

Redaktor.az xəbər verir ki, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Katibliyin rəisi, gömrük xidməti polkovniki Şükürov Muxtar Fazil oğlu işdən çıxarılaraq, təqaüdə göndərilib. 

Qeyd edək ki, bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin müvafiq əmri ilə Muxtar Şükürov "Abşeron" gömrük postunun rəisi vəzifəsindən azad edilərək, Komitə Katibliyinin rəisi vəzifəsinə təyin edilmişdi (qaynarinfo).

2
Vumart və Güvən reklamı Vumart Güvən