Eldar Həsənovdan xəbər var
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov və ailə üzvləri kassasiya şikayəti verib.
Redaktor.az xəbər verir ki, keçmiş səfirlə yanaşı, onun oğlu Anar Həsənov, qızları Səbinə Həsənova, Emilya Qurbanova, həyat yoldaşı Elmira Eldar Həsənov barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Həmin şəxslər isə təqsirləndirilən şəxsin müsadirə edilən əmlaklarının geri qaytarılmasını tələb edirlər.
Cinayət işi hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmə iclası avqustun 18-nə təyin edilib (Pravda.az).












