“Azəriqaz”ın rəsmiləri abonentlərin müraciətlərini cavablandıracaq
“Azəriqaz” İstehsalat Birliyinin məsul şəxslərinin “Facebook” səhifəsi üzərindən avqust ayının 17-də saat 15:00-da canlı yayımı planlaşdırılır.
Birlikdən Redaktor.az-a verilən məlumata görə, canlı yayım zamanı Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək, həmçinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev vətəndaşların müraciətlərini cavablandıracaq.













