Deputatdan FHN-dəki biabırçı olayla bağlı AÇIQLAMA

 14:50 16.08.2022     958

Məlum olduğu kimi, bir neçə gündür Fövqəladə Hallar Nazirliyində baş verən biabırçılıqla (əməkdaşların iş yerində intim görüntülər )  bağlı istər sosial media, istərsə də mətbuat çalxalanır. Buna baxmayaraq, FHN tərəfindən hələ də heç bir rəsmi açıqlama verilməyib.

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı fikir bildirən Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, videonu yayanlar sosial şəbəkələrdə baxış, bəyənmə qazanmaq üçün yarışa çıxıblar:

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının videosunu yayanların hamısını şiddətlə qınayıram. Minlərlə insan nə qədər amansız, ev yıxan, baş kəsən və özgə işinə burnunu soxan olub. Ayıbdır, vallah.

 Xeyli insan və digər ictimai-siyasi marağı olanlar da bunu dövlətə qarşı qoyur. Bu nədir, a kişi! Belə şey olar? Adam lap bunu edənlərdən yox, bunu bu şəkildə yayanlardan xəcalət çəkir. Özünün bundan da artıq pis əməlləri olanlar da yazır və paylaşır. Utanın!”.

 Deputat bildirib ki, ölkədə bu tip mövzulardan daha ciddi müzakirə olunacaq məsələlər mövcuddur:

 “Böyük iş olub, iki nəfər "qucaqlaşıb". Bilmədən, agah olmadan paylaşırlar. Bəlkə sizlər paylaşmaqla onların və yaxınlarının həyatına ciddi təhlükə törətmiş olursunuz?! Bədxah adamların qurduğu tora düşüb, özünüz də bilmədən düşmənlərin dəyirmanına su tökməyin”.

İLTİFAT

2
Vumart və Güvən reklamı Vumart Güvən