Kəmaləddin Heydərov intim videoları yayılan əməkdaşları işdən çıxardı

 19:52 16.08.2022     7348

Son günlər intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaur Mirzəyev xidmət zamanı yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Bundan başqa, nazirin digər əmri ilə FHN-in bir neçə qadın əməkdaşı da vəzifəsindən azad olunub.

Əldə etdiyimiz məlumata görə, videodakı 3 qadından ikisi Dövlət Yanğından Mühafizə Xidmətində, digəri isə nazirliyin əsas ofisində çalışır.

Xanımlar məzuniyyətdə olduqları üçün onların işdən çıxmaq barədə ərizələrinə evlərində qol çəkdirilib.

Videodakı qadınlardan birinin həyat yoldaşının Dövlət Yanğından Mühafizə Xidmətində çalışdığı, artıq onun da işdən çıxmaq barədə ərizə yazdığı deyilir.

Həmçinin, intim videolarla bağlı artıq FHN-də daxili araşdırmalara başlanılıb. Nazir video görüntülərin sosial şəkildə necə yayılmasının ciddi çəkildə araşdırılıb ona raport verilməsini tapşırıb.