İntim videosu yayılan polkovnikin rütbəsi geri alındı və SAXLANILDI

 11:47 17.08.2022     6913

İntim görüntüləri yayılan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub.

Redaktor.az xəbər verir ki,  bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə, dövlət qurumunda etik davranış qaydalarını və prinsiplərini  kobud şəkildə pozduğu üçün Zaur Mirzəyevə verilən polkovnik rütbəsi geri alınıb, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdimat verilib. 

Artıq Zaur Mirzəyevin ölkədən qaçarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir.