"Azərsu” rəhbərliyi Qusarda vətəndaşları qəbul etdi - FOTO

 10:58 18.08.2022     3281

"Azərsu” ASC-nin sədrinin I müavini Teyyub Cabbarov Qusar şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edib.

Redaktor.az quruma istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 39 nəfər iştirak edib.

Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

222
Vumart və Güvən reklamı Vumart Güvən