Prezident qanunda dəyişiklik ETDİ

 15:32 18.08.2022     1529

Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Milli arxiv fondu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanunun 13-cü maddəsinə edilən dəyişikliklərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində bu Qanunun tələblərinin icrasına nəzarət edir, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən