“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

 15:57 18.08.2022     1169

Avqustun 19-da saat 11.00-da “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası olacaq.

Redaktor.az xəbər verir ki, tədbirdə birliyin şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev cari ilin 7 ayı ərzində daxil olan müraciətlər və onların həlli istiqamətində görülən işlərin hesabatını təqdim edəcək.

Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Həmçinin vətəndaşların sualları da canlı yayım vasitəsilə baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Vumart və Güvən reklamı Vumart Güvən