"Azəriqaz"da 20 nəfər işdən ÇIXARILDI

 12:48 19.08.2022     1006

“Vəzifəsinə qarşı məsuliyyətsiz yanaşanlar töhmətlə işdən çıxarılıb”.

Redaktor.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, son 7-8 ay ərzində qurumun 20-yə yaxın əməkdaşı işdən çıxarılıb:

“Kim öz vəzifəsini məsuliyyətlə, vicdanla yerinə yetirirsə, problemimiz az olur. Əksini edən töhmət alır. Vətəndaşlarla daim təmasdayıq, həssas yanaşmalıyıq”.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən