“Rep və meyxana narkomaniyaya meyillənən gənclərin sayını artır”  - Aqşin Yenisey

 14:07 22.08.2022     533

“Bu gün Azərbaycanda rep və meyxana kimi kütləvi küçə “sənətləri” populyarlaşdırılandan sonra ölkədə gənclərin, yeniyetmələrin kütləvi şəkildə narkomaniyaya, küçə xuliqanlığına meyillənməsində acınacaqlı dərəcədə artım müşahidə olunur”.

Redaktor.az xəbər verir ki, bu barədə tanınmış şair, yazar Aqşin Yenisey "Facebook" səhifəsində qeyd edib. O, mövzu barədə fikrini bu cür izah edib:

“Vaxtilə xristianlıq kasıblardan, yoxsullardan zənginlərə, imperatorlara yoluxduğu, elitarlaşdığı kimi, bu gün Azərbaycanda kütləviləşən meyxana, rep "sənətinin" özünün düşünmək, analiz etmək, nəticə çıxarmaq bacarığı tələb etməyən dılğır mövzuları ilə bərabərində gətirdiyi narkomaniya da - aşağılardan yuxarılara, küçələrdən imarətlərə, piyada ayaqlardan bahalı təkərlərə yoluxur, elitarlaşır”.

A.Yenisey vurğulayıb ki, narkotik aludəçiliyi ilk növbədə insan iradəsini məhv edir, özünəinamsızlıq mühiti formalaşdırır:

“Bu da kənar iradəyə tapınma ehtiyacı yaradır. Bu kənar iradə sahibi isə ən yaxşı halda Allah, ən pis halda onun yerdəki dəllalları, kölgələri olur.  Məsələn, dinçi Hasan Sabbah öz fədailərini, irqçi Hitler öz əsgərlərini ölümə göndərmək üçün narkotikin bu "gücündən" istifadə edirdi”.

Vumart və Güvən reklamı Vumart Güvən