AZAL-ın Moskvaya uçan təyyarəsi havaya qalxa bilmədi - SƏBƏBİ

 14:07 25.08.2022     562

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin aviaşirkətinin Bakı-Moskva ("Vnukovo" aeroportu) marşrutu üzrə həyata keçiriləcək "J2-807" reysinin uçuşu texniki səbəbdən gecikir.

Bu barədə Redaktor.az-a AZAL-dan bildirilib.

Məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.

Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən