"İnsanlara yalandan ümid verməyək..." - Fazil Mustafa

 13:56 26.08.2022     697

Bildiyimiz kimi, Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb.

Redaktor.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Avtandil Abbasov deyib ki, sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanıb. Səbəb kimi pandemiya göstərilib. Qərarın sentyabrın 1-dək qüvvədə olacağı bildirilib.

Qeyd edək ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqədilə Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan ərazisinə yerüstü nəqliyyatı yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb. Lakin buna baxmayaraq Naxçıvan Muxtar Respublikasından qonşu dövlətlərə (İran və Türkiyə) quru sərhədləri ilə səyahət etmək mümkün idi.

Maraqlıdır ki, sentyabrın 1-dən quru sərhədi yenidən açılacaqmı?

Cebhe.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, ümidlənməyə dəyməz:

"İnsanlara yalandan ümid verməyək. Sərhədi açmayacaqlar. Çünki dəfələrlə bu məsələni qaldırdıq, amma etmədilər. Ona görə də növbəti ay edəcəklərini də gözləmirik".

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən