Nazir müavini jurnalistlərə TƏŞƏKKÜR ETDİ
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev son günlər baş verən yanğınlar zamanı bölgə müxbirlərinin yanğınların söndürülməsində fədakarlıq etdiklərini bildirib.
Redaktor.az xəbər verir ki, nazir müavini vurğulayıb ki, yanğınlar zamanı jurnalistlər gecə-gündüz onlarla bərabər alovun söndürülməsində aktiv iştirak ediblər:
"Nazirlik olaraq, onların təbiətə qarşı həssas münasibətini və fədakarlığını yüksək qiymətləndiririk” .












