Laçın şəhərində, Zabux və Susda bu dövlət qurumu fəaliyyətə BAŞLADI- FOTO

 15:12 26.08.2022     727

Laçın şəhəri, Zabux və Sus Kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.

Bu barədə Redaktor.az-a qurumun mətbuat idarəsinin rəisi Teymur Abdullayev məlumat verib.

"Məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mima təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb", - deyə o, qeyd edib.

2
Vumart və Güvən reklamı Vumart Güvən