Əhalinin DİQQƏTİNƏ! - Bu ərzaqlar bahalaşdı - VİDEO
Yayın bitməsinə az vaxt qalıb. Hazırda bütün evlərdə qışa tədarük görülür. Mürəbbələr bişirilir, turşular hazırlanır.
Redaktor.az xəbər verir ki, bazarlarda istənilən növ meyvə-tərəvəzə rast gəlmək olur. Yəni qıtlıq yoxdur, əksinə bolluqdur. Qiymətlər də həmişəki artım var.
Yay fəsli başlayandan qiyməti həmişə müzakirələrə səbəb olan pomidor hazırda 50 qəpik - 1 manat arasında satılır. Bununla belə bazarda 2 manata olan pomidorlara da rast gəlmək mümkündür. Ötən həftə kiloqramı 70-90 qəpyə satılan turşulıuq xiyarın qoyməti 2 dəfə bahalaşıb.
Satıcılar isə satdıqları məhsulun baha olmadıqlarını deyir.
Qarpızın kiloqramının qiyməti 20-25 qəpik, hazırda böyük təlabat olan kələmin qiyməti isə 40 qəpikdir. Meyvələrin qiyməti isə ötən həftələrdə olduğu kimidir, dəyişiklik yoxdur.
Daha ətraflı "xezerxeber"in süjetində












