Rəşad Məcid Mətbuat Şurasının sədri olacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün bəzi saytlarda Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verməsi, onu "525"-ci qəzetin baş redaktoru Rəşad Məcidin əvəz etməsi barədə məlumatlar yayılıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Rəşad Məcid bu xəbəri təkzib etdi.
"Yayılan xəbərlər həqiqəti əks etdirmir, lakin Mətbuat Şurasının növbəti qurultayı yaxınlaşır. Yəqin ki, bu günlərdə idarə heyəti yığışacaq və qurultayın vaxtını müəyyənləşdirəcək. Sonra qurultaya nümayəndələr seçiləcək və qurultayda şübhəsiz sədr seçkisi də olacaq. Bu da jurnalistlərin iradəsindən asılıdır. Kimi dəstəkləyəcəklərsə, o da Mətbuat Şurasının sədri olacaq",- deyə o bildirdi.
Nərmin VÜQARQIZI












