Nazir onları polisə işə götürdü - FOTO

 12:39 30.08.2022     396

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, V.Eyvazov ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.   

Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 118 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan da 68 nəfəri Vətən müharibəsinin iştirakçısı olub ki, 27 iştirakçı polis orqanlarında xidmətə qəbul olunub.

Gənclər qarşısında çıxış edən V. Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafında, həmçinin Vətən müharibəsində gənclərimizin böyük rolu olduğunu, ölkəmizin ümumi inkişafına töhfə verdiklərini vurğulayıb. O, daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə fəaliyyətlərində uğurlar arzulayıb və tövsiyələrini verib.    

 

2
Vumart və Güvən reklamı Vumart Güvən