"Azəriqaz"ın baş direktoru canlı yayımda abonentlərin problemlərini dinləyəcək

 16:20 30.08.2022     573

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əlıiyev hər həftənin çərşənbə günü saat 15:00-da “Facebook” üzərindən canlı yayım vasitəsi ilə abonentlərin qaz təchizatına aid sual və təkliflərini, problemlərini dinləyərək həlli istiqamətində müvafiq tapşırıqlar verir.

Redaktor.az xəbər verir ki, artıq sabahdan etibarən bu sosial əlaqəyə “İnstagram” da (ruslanaliyev.official) əlavə olunacaq.

Məqsəd abonentlərin istənilən platformada öz problemlərini səsləndirə bilmək imkanlarını genişləndirməkdir.

Dövlət qurumları arasında ilk olacaq bu geniş tərkibli əlaqə “İnstagram” istifadəçilərinə də əlavə imkanlar yaradacaq.

“İnstagram” istifadəçiləri “Facebook” üzərindən canlı əlaqənin effektivliyinin əyani şahidi olacaqlar. Birliyin prioriteti abonent məmnunluğudur!

Baş direktor “Facebook” üzərindən canlı yayım vasitəsilə abonentlərin problemlərini dinləyir  

Vumart və Güvən reklamı Vumart Güvən