"Azəriqaz"ın baş direktoru sualları cavablandıracaq

 10:43 01.09.2022     497

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 2 sentyabr saat 11:00-da başlayacaq.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən