Lavrovla Kuleba BMT-nin iclasına dəvət edildi 

 05:17 02.09.2022     469

Rusiya və Ukraynanın xarici işlər nazirləri sentyabrın 22-də keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasına dəvət olunacaqlar.

Redaktor.az xəbər verir ki, bunu Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Rivyer bildirib.

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının sentyabrın 22-də Ukrayna üzrə iclası nazirlər səviyyəsində keçiriləcək.

Rivyer bildirib ki, tədbirə Rusiya və Ukraynanın xarici işlər nazirləri dəvət olunub.

"Cümə axşamı, sentyabrın 22-də Fransanın xarici işlər naziri Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər iclasını keçirəcək", - Riviere bildirib. Onun sözlərinə görə, bu görüş “Ukrayna ətrafında vəziyyətin bütün parametrlərinə” təsir edəcək.

Fransanın BMT-dəki daimi nümayəndəsi əlavə edib ki, BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin bütün xarici işlər nazirləri dəvət olunacaq. 

 

Vumart və Güvən reklamı Vumart Güvən