"Azəriqaz" yaxın 2 ayda payız-qış mövsümünə hazırlaşacaq
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu il noyabrın 1-nə qədər payız-qız mövsümünə hazırlıq çərçivəsində nəzərdə tutulmuş təmir planını tam icra etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə,payız-qış mövsümünə hazırlıq davam edir və təmir planı 70% icra olunub.
Bundan başqa, R.Əliyev qeyd edib ki, bu ay 2023-cü il üçün qazlaşma planı təsdiq olunacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Həmidə İbrahimova












