Laçına qayıtmaq istəyənlərin nəzərinə - Bu nömrələrə zəng edin

 21:22 02.09.2022     572

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün sorğu aparır.

Komitənin mətbuat xidmətindən Redaktor.az-a bildiriblər ki, daimi qeydiyyatı Laçın şəhərində, Qayğı qəsəbəsində, Qarıkaha kəndində olan və Dövlət Komitəsi  tərəfindən işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı sorğuda iştirak etməmiş vətəndaşlardan aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

0559001205; 0559001214; 0559001227; 0559001228; 0559001229; 0559001230; 0559001231; 0559001233; 0559001259; 

0559001505.

Vumart və Güvən reklamı Vumart Güvən