Reabilitasiya mərkəzində azyaşlıların döyülməsi görüntüləri yayıldı - YENİLƏNİB
"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə reabilitasiya mərkəzində çəkildiyi iddia olunan video görüntülərlə bağlı məsələ Ombudsmanın nəzarətindədir".
Bu barədə Redaktor.az-a Ombudsman Aparatından məlumat verilib.
"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib", - məlumatda qeyd olunub.
***
Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq”, - deyə qurumdan bildirilib.
***
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrədə "Mehnur" reabilitasiya mərkəzində azyazşlıların işğəncəyə məruz qalmasını əks etdirən görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən aldığımız məlumata görə, məsələ artıq nəzarətə götürülüb.
Bu barədə Redaktor.az-a nazirliyin mətbuat katibi Elşad Hacıyev məlumat verdi:
“Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.
Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb.
Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun "Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb:
"Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə aidiyyəti qurumlara məlumat vermişəm”.
İLTİFAT












