Daşkəsən sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər bəlli oldu - FOTO

 11:27 03.09.2022     241

Bəzi abonentlər tərəfindən müraciət ünvanlamağın ən asan yolu sayılan "Azıriqaz" İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Daşkəsən rayonunda baş tutub.

Redaktor.az-a birlikdən verilən məlumata görə, aksiyada diqqət çəkən məqamlardan biri Kəmalə Cəfərovanın xahişi olub. O, yataqxana tipli yaşayış binasının qazlaşdırılması barədə müraciətlə çıxış edib.

Digər müraciətlərdən 7-si isə Daşkəsən rayonunun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Muşavaq, Əhmədli, Dardərə, Zəylik, Çovdar və Dəstəfur kəndlərinin qazlaşdırılması barədə olub.

“Səyyar qəbul otağı”nın sonuncu 4 müraciətin məğzini isə Lamiyyə Hacızadə, Asəf Abbaszadə və İlqar Qasımovun fərdi yaşayış evlərində istismarda olan sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacları ilə əvəz olunması təşkil edib.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

Daşkəsən sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər bəlli oldu - FOTO
Daşkəsən sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər bəlli oldu - FOTO
Daşkəsən sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər bəlli oldu - FOTO
Daşkəsən sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər bəlli oldu - FOTO
Daşkəsən sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər bəlli oldu - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən