Xalqa həsr olunmuş ömür və xilaskarlıq missiyası!

 12:46 03.09.2022     1633

Bu gün ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada Ümummilli Lider Heydər Əliyevin nişanəsi olmasın. Ulu öndər Heydər Əliyev bütün həyatını ölkəsinə və xalqına həsr edib. Bu gün bütün sahələrdə Ümummilli Liderin əməyi özünü göstərir. Ulu Öndərin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, fəaliyyəti Azərbaycan xalqı üçün nümunədir.

Fəaliyyətinin hər dövründə zamanı boşa keçirməyən, əksinə, zamanı əməlləri ilə zənginləşdirən ulu öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü və qüdrətli  dövlətin yaradılması olmuşdur. 

Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə baş verən hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində idi. Sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin oynadığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutmuşdur. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Ulu öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir.

 Bu günümüzdə də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Ölkəmiz inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq almədə öz nüfuzunu daha da gücləndirir. Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir.

 Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü və düşünülmüş siyasət nəticəsində Azərbaycan sözün əsl mənasızda yüksək sürətlə böyük zirvələrə doğru irəliləyir. İqtisadiyyatın liberallaşdırılması, ölkənin geosiyasi və geoiqtisadi çəkisinin artması, vətəndaş ilə dövlət arasında vahid birliyin, ahəngdarlığın bərqərar olması Azərbaycanı yüksələn xətlə inkişafa aparır.

Altun Şeydayev

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının Sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən