Sumqayıtda parkinq üçün yaşıllıq ərazi sökülür
Sumqayıt şəhərində parkinq yaratmaq üçün yaşıllıqlar məhv edilir.
Redaktor.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılır.
İddia edilir ki, şəhərdə “ASAN xidmət” mərkəzinin yaxınlığında yeni tikilən yaşayış binası üçün parkinq yaradılması məqsədilə səki boyu yaşıllıq hissə sökülür.












