Aprel şəhidinin oğlu tələbə oldu
Builki qəbul imtahanlarında tələbə adını qazananlar arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladları da var.
Redaktor.az xəbər verir ki, ali məktəbə daxil olanlardan biri də şəhid Rahim Tağıyevin oğlu Nihad Tağıyevdir.
Nihad Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub.
Qeyd edək ki, tank komandiri gizir Rahim Tağıyev 2016-cı ilin aprel döyüşləri zamanı Talış kəndi uğrunda döyüşlərdə ağır yaralanıb. O, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 99 gün koma vəziyyətində qaldıqdan sonra şəhid olub.
T.İSMAYIL












