Peyvəndlənmə ilə bağlı son vəziyyət açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 1 333 vaksin vurulub.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 714, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 119 nəfərdir.












