Asif Azərelli vəfat etdi

 13:10 04.09.2022     1432

Azərbaycan Respublikasının Əməkdar rəssamı Asif Azərelli vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə rəssamın yaxınları məlumat verib.

Qeyd edək ki, Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Bərdə rayonun Uğurbəyli kəndində anadan olub.

1980-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv olub. 1983-1984-cü illərdə UNESCO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub. Vəfatınadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dosent vəzifəsində çalışıb.

A.Azərelli 2015-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.

Əsərləri (“Şuşa”, “Kəlbəcər”, “Qarabağlı qoca”, “Belə haqsızlıq olarmı?”, “Zəngilan toyu”, “Dədə Qorqud” və s.) Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.

Allah rəhmət eləsin!